- Qobustan Hibrid Elektrik Stansiyasında (HES) Külək Elektrik Stansiyası, Günəş Elektrik Stansiyası və Bioqaz Elektrik Stansiyası birgə çalışır. Burada külək, günəş və bioqazdan istehsal olunan elektrik enerjisi hibrid formada elektrik şəbəkəsinə ötürülür.
- Qobustan HES ilə kəndlər və rayonların enerji təminatının avtonom rejimdə ödənilməsi imkanlarının öyrənilməsi, stansiyada istehsal olunan elektrik enerjisi hesabına ilkin mərhələdə Qobustan şəhərinin, sonrakı mərhələdə isə Qobustan rayonunun enerjiyə olan tələbatının ödənilməsi nəzərdə tutulmuşdur.
- Stansiyanın ümumi sahəsi 38 ha təşkil edir. Stansiya Qobustan rayonunun Qobustan şəhəri ərazisində yerləşir.
- Stansiyanın layihə gücü 6,4 MVt təşkil edir. 2013-cü ildə stansiyanın tikintisinin I mərhələsində 3,6 MVt güc istifadəyə verilmişdir. Stansiyada istismara verilmə tarixindən 1 yanvar 2022-ci il tarixinədək 36,3 milyon kVt·st elektrik enerjisi istehsal edilmişdir.
- Stansiya ərazisində koteclər yerləşir ki, həmin koteclər elektrik enerjisini və isti su təminatını günəş panelləri və günəş kollektorları hesabına ödəyir.