Naxçıvan MR Ordubad rayonu ərazisində Araz çayı üzərində derivasiya tipli 36 MVt gücündə Ordubad Su Elektrik Stansiyasının və gücü 15,6 MVt olacaq Tivi Su Elektrik Stansiyasının tikinti-quraşdırma işləri davam etdirilir, eyni zamanda Ordubad rayonunda gələcəkdə külək turbinlərinin istismarının texniki-iqtisadi əsaslandırılması üçün ölçü qurğuları quraşdırılmış və lazımı ölçmə işləri, həmçinin Culfa rayonunda yeni külək turbinlərinin quraşdırılması üçün ərazinin seçilməsi və stansiyanın layihələndirməsi işləri aparılır.