- Samux Günəş Elektrik Stansiyasının (GES) 11 may 2015-ci il tarixində inşası başa çatmışdır.
- Stansiyanın ümumi sahəsi 115.5 ha təşkil edir.
- Stansiya Samux rayonu Sarıqamış kəndinin yaxınlığında yerləşir.
- Stansiyanın layihə gücü 2,8 MVt təşkil edir. 2015-ci ildə stansiyanın tikintisinin I mərhələsində 1,5 MVt güc istifadəyə verilmişdir. Stansiyada istismara verilmə tarixindən 1 yanvar 2022-ci il tarixinədək 8,2 milyon kVt·st elektrik enerjisi istehsal edilmişdir.