AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Dalğa enerjisi

Dalğa enerjisi küləyin okean və dənizlərin səthində yaratdığı dalğa hərəkətlərindən əldə edilən enerji növüdür. Dalğaların su altında yaratdığı hərəkət xüsusi turbinlər vasitəsilə elektrik enerjisinə çevrilir. Enerjinin bu növündən, ümumilikdə, dəniz və okeanlara çıxışı olan ölkələrdə istifadə olunur.

Tükənməyən, sonsuz bir mənbə olan bu enerji növü karbohidrogen resurslarına olan ehtiyacı azaldır və ətraf mühiti çirkləndirmir. Tikinti xərcləri yüksək olsa da, qurğunun istismar, istehsal və texniki xidmət xərcləri aşağıdır.

Hazırda dalğa enerjisindən elektrik enerjisinin istehsal edilməsi üzrə ümumi standart olmasa da, bərpa olunan və təmiz enerji növü olduğu, həmçinin dünyanın 75%-nin su ilə əhatə olunduğunu nəzərə alaraq gələcək illərdə bu kimi bərpa olunan enerji növünün istifadəsinin daha geniş yayılması ehtimal edilir.

Dalğa enerjisi texnologiyaları

Dalğa enerjisi çeviriciləri (Wave Energy Converters) okean və dəniz dalğalarında olan enerjini elektrik enerjisinə çevirir. Dalğa enerjisi texnologiyalarının geniş növləri mövcuddur. Hər bir texnologiya dalğalardan enerji əldə etmək üçün müxtəlif həllərdən istifadə edir və su hövzəsinin dərinliyindən və yerindən (sahil xətti, sahilə yaxın, sahildən kənar) asılı olaraq tətbiq olunur.

Dünyada dalğa enerjisi

IRENA-nın “Renewable Capacity Statistics 2021” hesabatına görə, bu enerji növünün qlobal qoyuluş gücü ümumilikdə 527 MVt təşkil edir.

Dünya üzrə dalğa gücünə malik olan ölkələrin ilk beşliyi sırasına Koreya Respublikası (255 MVt), Fransa (214 MVt), Birləşmiş Krallıq (22 MVt), Kanada (20 MVt) və İspaniya (4 MVt)  daxildir.

Mənbə: IRENA