AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

“Xudafərin” və “Qız Qalası” Su Elektrik Stansiyaları

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı ilin iyul ayında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişi təsdiq etmişdir. Sazişə əsasən Cəbrayıl rayonu ərazisində Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi və istismarı üzrə işlər davam etdirilir.

Araz çayı üzərindəki “Xudafərin” SES-in ümumi gücü 200 MVt, “Qız Qalası” SES-in ümumi gücü isə 80 MVt-dır. Ümumilikdə hər iki su elektrik stansiyasının Azərbaycan tərəfinə düşən payı 140 MVt təşkil edir və stansiyalarda ildə toplam 716 milyon kVst (358 milyon kVst Azərbaycan tərəfinin payına düşür) elektrik enerjisinin istehsalı planlaşdırılır.

Hazırda hər iki hidroqovşağa aid bəndlərin tikintisi işləri başa çatdırılmışdır. Su elektrik stansiyalarının tikintisinin və hidroqovşaqların istismara verilməsi üçün digər işlərin görülməsi ilə bağlı tədbirlər davam etdirilməkdədir.