- Pirallahı Günəş Elektrik Stansiyasının (GES) 15 oktyabr 2014-cü il tarixində inşası başa çatmışdır.
- Stansiyanın ümumi sahəsi 2 ha təşkil edir.
- Stansiya Bakı Şəhəri Pirallahı rayonu inzibati mərkəzindən 3 km şimalda yerləşir.
- Stansiyanın layihə gücü 2,8 MVt təşkil edir. 2014-cü ildə stansiyanın tikintisinin I mərhələsində 0,48 MVt güc istifadəyə verilmişdir. Stansiyada istismara verilmə tarixindən 1 yanvar 2022-ci il tarixinədək 3,7 milyon kVt·st elektrik enerjisi istehsal edilmişdir.