Cavid Abdullayev
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru

Kamran Hüseynov
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini
Kamran Hüseynov 8 iyul 1986-ci il tarixində Bakı şəhərində anadan olub.
2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə bakalavr təhsilini almışdır.
2007-2009-cu illərdə maliyyə, informasiya texnologiyaları və marketinq sahəsində çalışmışdır.
20.09.2010-01.12.2011-ci il tarixlərində SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində Böyük Britaniyanın Qlazqo Universitetində Biznesin İnzibatçılığı Magistr (MBA) proqramı üzrə təhsil almışdır.
09.01.2012-20.12.2021-ci il tarixlərində SOCAR-ın Baş Ofisində Marketinq planlaşdırma şöbəsində mütəxəssis, İnvestorlarla əlaqələr şöbəsində mütəxəssis, böyük mütəxəssis, şöbə rəisi vəzifələrində çalışmışdır.
Cənub Qaz Dəhlizi layihələri üzrə beynəlxalq neft-qaz şirkətləri ilə birgə İxrac Danışıqlar Qrupu çərçivəsində kommersiya danışıqlarında iştirak etmişdir.
2014-2018-ci illər ərzində TANAP layihəsinin Avropa İttifaqı enerji platformalarında təşviq edən “Layihə Təşviqi Qrupun”un üzvü olmuş və Avropa İttifaqının “CEF” fondundan TANAP və TAP layihələri üçün 30 milyon avro dəyərində qrantların cəlb olunmasına töhfə vermişdir.
Beynəlxalq “PMI” institutu tərəfindən PMP®-Layihələrin İdarə Olunması üzrə Peşəkar sertifikatına sahibdir.
Energetika nazirinin 23 dekabr 2021-ci il tarixli Əmri ilə Kamran Hüseynov Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini vəzifəsinə təyin edilib.
İngilis və rus dillərini sərbəst bilir.
Aygün Zeynalova
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini
Aygün Aftandil qızı Zeynalova Bakı şəhərində anadan olub.
Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Strasburq Universitetində (Fransa) Avropa Hüququ və Beynəlxalq Hüquq ixtisası üzrə magistr dərəcəsi almışdır.
Avropa İttifaqının tam təqaüdü ilə Belçika Krallığının Avropa Kollecində Avropa hüququ üzrə magistr təhsili almışdır. London Kral Kollecində (King's College London) Beynəlxalq maliyyə və kommersiya hüququ üzrə magistr dərəcəsi almışdır.
Əmək fəaliyyətinə 2012-ci ildə Lüksemburq Hersoqluğunda yerləşən Avropa İttifaqının Ədalət Məhkəməsində hüquqşünas olaraq başlamışdır. Fəaliyyətini özəl sektorda korporativ hüquqşünas və baş hüquqşünas olaraq davam etdirmişdir. Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətində və digər qurumlarda məsul vəzifələrdə çalışmışdır.
Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyində Layihələrlə iş və hüquq şöbəsinə rəhbərlik etmişdir.
Energetika nazirinin 2022-ci il 9 dekabr tarixli əmri ilə Aygün Zeynalova Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini vəzifəsinə təyin edilib.
2014-cü ildən pedaqoji fəaliyyətlə məşğuldur. İngilis, fransız, türk, rus, niderland dillərini bilir.