- 28 may 2018-ci il tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının "Tekfen İnşaat" şirkəti arasında alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.
- Memorandum bərpa olunan enerji stansiyalarının tikintisi, bərpa olunan enerji qurğularının quraşdırılması və istismarı sahəsində əməkdaşlığın aparılması konteksində imzalanmışdır.
- Bu sənəd bərpa olunan enerji sahəsində qarşılıqlı maraq kəsb edən layihələrin müəyyənləşdirilməsi üçün birgə İşçi Qrupunun yaradılması, seçilmiş layihələrin icrası ilə bağlı İşçi Qrupunun fəaliyyət istiqamətləri, bu sahədə tədqiqatlar aparılması və tərəflərin öhdəlikləri kimi məsələləri nəzərdə tutur.