- Sənəd “Bakı Enerji Həftəsi” çərçivəsində, 2023-cü il 31 May tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “Maire Tecnimont” şirkəti arasında imzalanıb.
- Memorandumun məqsədi tərəflər arasında enerji məsələləri, o cümlədən bərpa olunan enerji, “yaşıl enerji”yə keçid və enerji səmərəliliyi ilə bağlı sahələr üzrə əməkdaşlığın gücləndirilməsindən ibarətdir.
- Sənəd, həmçinin aşağı karbon texnologiyaları, tullantılardan enerji istehsalı, “yaşıl hydrogen”, bioyanacaqlar, həmçinin metan emissiyalarının azaldılması kimi sahələrdə əməkdaşlıq imkanlarının araşdırılmasını əhatə edir.