AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Əcnəbi jurnalistlər “yaşıl enerji” planları barədə məlumatlandırılıb

Energetika Nazirliyində ölkəmizdə səfərdə olan Ukrayna, Moldova, Türkiyə, Fransa, Niderland, Çexiya, Serbiya, ABŞ, Misir, Əlcəzair, Şimali Kipr, Malayziya və Yaponiya daxil olmaqla 12 ölkədən 26 xarici KİV nümayəndəsi ilə görüş keçirilib. 
Tədbirin əvvəlində Xocalı soyqırımı haqqında danışılıb, bu soyqırımın Ermənistan tərəfindən aparılan irqçi siyasətin təzahürü olaraq mülki əhaliyə qarşı törədilən ən ağır cinayətlərdən biri olduğu bildirilib, faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev təqdimatla çıxış edərək, xarici jurnalistlərə ölkəmizin zəngin bərpa olunan enerji potensialı, bu potensialın reallaşdırılması imkanları, “yaşıl enerji”dən istifadənin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və gələcək planlar barədə məlumat verib. İşğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” resursları, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi istiqamətində hazırlanan konsepsiya və baş plan, o cümlədən bu ərazilərdə reallaşacaq enerji layihələri, su, külək və günəş enerjisi üzrə tikilməsi və ya bərpası nəzərdə tutulan stansiyalar, eləcə də ümumilikdə müvafiq sahəyə xarici sərmayələrin cəlb edilməsi istiqamətində atılan addımlar barədə geniş məlumatlar qonaqların diqqətinə çatdırılıb.
Sonda mövzu ilə bağlı əcnəbi jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Göstərilən platformalarda paylaş: