Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin həmsədrliyi ilə Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçirilib. İki gün davam edən Forum Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində, strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə təşkil edilib.
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev Forumda təqdimatla çıxış edib. O, Azərbaycanın bərpaolunan enerji sahəsində yüksək potensialı olduğunu vurğulayıb. Ölkəmizdə müvafiq sahədə görülən işlər, gələcək layihələr, o cümlədən, işğaldan azad olunmuş ərazilərimizdə tətbiq olunacaq “yaşılenerji” konsepsiyası barədə məlumat verib.
Qeyd edək ki, 1-ci Enerji Forumu Azərbaycan və Türkiyə arasında mövcud enerji əməkdaşlığının genişləndirilməsini, yeni əməkdaşlıq imkanlarının dəyərləndirilərək onların konkret layihələr vasitəsilə reallaşdırılmasını hədəfləyir.