AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Təbriz Əmmayev Azərbaycanda bərpa olunan enerji sahəsi üzrə inkişaf istiqamətlərinə dair brifinqdə çıxış edib

Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Alman İqtisadiyyatının Şərq Komitəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda bərpa olunan enerji sahəsi üzrə hazırkı inkişaf istiqamətlərinə dair birgə brifinq tədbirində çıxış edib.

Onlayn formatda keçirilən brifinqdə açılış nitqi ilə çıxış edən Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann iki ölkə arasında bərpa olunan enerji və digər sahələrdə əlaqələrdən danışıb.

Daha sonra Dövlət Agentliyinin direktoru T. Əmmayev Azərbaycanda bərpa olunan enerji sahəsində görülən işlər barədə ətraflı məlumat verib. O, qeyd edib ki, son illərdə ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin artırılması sahəsində genişləndirilməsi planları üzərində mühüm işlər görülüb, qanunvericilik bazasının təkmilləşdirilməsi və eləcə də pilot layihələrin həyata keçirilməsi istiqamətində əhəmiyyətli nəticələr əldə edilib. Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əldə edilən uğurlar və gələcək planlara dair təqdimat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirin sonunda iştirakçılarının sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Göstərilən platformalarda paylaş: