AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Yaşıl enerji məkanı üzrə Alt İşçi Qrupunun altıncı iclası keçirilib

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə uyğun olaraq “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılmış “Yaşıl enerji məkanı” üzrə Alt İşçi Qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.

Alt İşçi Qrupun rəhbəri, energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə keçirilən iclasda strategiya layihəsinin Alt İşçi Qrupu tərəfindən hazırlanmış “Yaşıl enerji məkanı”na dair hissəsinin və Tədbirlər Planının İqtisadiyyat Nazirliyində yaradılmış Katibliyə təqdim olunduğu və Katiblik tərəfindən sənədin ümumi layihəsinə daxil edildiyi bildirilib.

İclasda “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi təqdimat şəklində nümayiş etdirilib, sənədin müvafiq bəndləri nəzərdən keçirilib, qrup üzvlərinin münasibəti dinlənilib. Ümumilikdə son təkliflər nəzərə alınmaqla Alt İşçi Qrupu tərəfindən Strategiya layihəsinin qəbulu məqsədəmüvafiq hesab olunub və müvafiq rəyin Katibliyə təqdim edilməsinə dair qərar qəbul edilib.

Göstərilən platformalarda paylaş: