Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Kamran Hüseynov BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) təşkilatçılığı ilə keçirilən Enerji Sistemi Bağlantısı üzrə 3-cü Asiya-Sakit Okean Tənzimləyici Forumunda iştirak edib.
Kamran Hüseynov “Regional enerji sisteminin bağlantısı kontekstində bərpa olunan enerji sektorunun inkişafı” mövzusunda çıxış edərək Azərbaycanda yaşıl enerji sahəsində xarici investorlarla əməkdaşlıq çərçivəsində layihələrin həyata keçirildiyini bildirib. Çıxışda mövcud sahədə qanunvericilik bazası, ölkəmizin iştirakçısı olduğu yaşıl enerji dəhlizləri, həmçinin regional enerji bağlantısı çərçivəsində Azərbaycandan yaşıl enerjinin ixrac imkanları barədə geniş məlumat verilib.