AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Energetika Nazirliyində növbəti təlim keçirilib

Energetika Nazirliyi və Dövlət İmtahan Mərkəzi arasında birgə əməkdaşlıq çərçivəsində Nazirlik Aparatı və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşlarının iştirakı ilə “Dövlət qulluğuna qəbul üzrə müsahibələrin keçirilməsi qaydaları” mövzusunda təlim təşkil edilib.

Nazirliyin Dövlət qulluğu və kadrlar şöbəsinin müdiri Əsəd İsmayılov mövzunun aktuallığını qeyd edərək, növbəti dövrlərdə keçiriləcək dövlət qulluğuna qəbul üzrə müsahibələrin daha da səmərəli təşkili baxımından bu təlimin əhəmiyyətini vurğulayıb.

Dövlət İmtahan Mərkəzinin nümayəndələrinin təqdimatı ilə keçirilən  təlimdə dövlət qulluğuna qəbul üzrə müsahibələrin keçirilməsi, onun məqsəd və xarakterik xüsusiyyətləri, müsahibəyə hazırlıq və əsas mərhələləri, qiymətləndirmə meyarları, müsahibədə iştirak edən komissiya üzvlərinin vəzifələri, namizədin qiymətləndirilməsi, onlayn müsahibələrin təşkili və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonra iştirakçıların mövzu ilə bağlı təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Göstərilən platformalarda paylaş: