AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

AREA-nın şöbə müdiri "Yaşıl Gün" tədbirində çıxış edib

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova Dövlət İqtisad Universiteti tərəfindən keçirilən V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı çərçivəsində təşkil olunan "Yaşıl Gün" tədbirində iştirak edib.

Rəna Hümbətova "Təmiz və alternativ enerji: Dayanıqlı inkişafın əsas sütunu kimi" adlı panel müzakirəsində “Enerji keçidinə baxış” mövzusunda təqdimatla çıxış edərək ölkəmizdə bərpa olunan enerji sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Çıxışda bərpa olunan enerji potensialı, bərpa olunan enerji və iqlim hədəfləri, bu sahədə qanunvericilik mühitinin təkmilləşdirilməsi, dövlət proqramları çərçivəsində nəzərdə tutulan tədbirlər barədə danışılıb. Dənizdə külək enerjisi üzrə Yol Xəritəsinin, eyni zamanda Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə “Aşağı karbonlu hidrogen iqtisadiyyatı bazar araşdırması” tədqiqatının hazırlandığı bildirilib.

Həmçinin beynəlxalq enerji şirkətləri ilə 28 QVt-dan çox “yaşıl enerji” layihələri üzrə əməkdaşlıqdan bəhs edilib, Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun və Qara dəniz sualtı elektrik kabeli layihəsinin əhəmiyyəti vurğulanıb.

Sonda tədbir iştirakçıların sualları cavablandırılıb.

Göstərilən platformalarda paylaş: