AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Yaşıl enerji layihələrinin inkişafı ilə bağlı araşdırmalar müzakirə edilib

5-6 iyun tarixlərində Energetika Nazirliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA), Dövlət Neft Şirkəti (SOCAR), Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti və məsləhətçi şirkətlərin nümayəndələri arasında yaşıl enerji sahəsində həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə edilib.

Görüşdə “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində nəzərdə tutulan 10 QVt-dək yaşıl enerji layihələrinin inkişafı ilə bağlı məsləhətçi şirkətlər tərəfindən aparılan araşdırmalar təqdim olunub, təkliflər qiymətləndirilib. Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya yaşıl hidrogen ixracı imkanları, yaşıl hidrogenin inkişafı istiqamətləri, müxtəlif senarilərdə elektrik enerjisi istehsalı, istehlakı, gələcəkdə Azərbaycanın elektrik enerjisi tələbatında hidrogen enerjisinin istifadə imkanları barədə aparılmış araşdırmaların gedişatı barədə danışılıb, qarşılıqlı müzakirələr aparılıb.

Məsləhətçi şirkətlərin nümayəndələri təqdimatla çıxışlarında Xəzər dənizinin Azərbaycandakı sektorunda külək enerjisi potensialından istifadə edilməklə yaşıl hidrogen istehsalı, dənizdə külək enerjisinin inkişafı və digər məsələlər barədə geniş məlumatlar verib. 

İki gün ərzində davam edən müzakirələrdə Energetika Nazirliyi, AREA, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri iştirak edib.

Göstərilən platformalarda paylaş: