Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) təşkilatçılığı ilə Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndələri və beynəlxalq hüquq şirkətinin hüquqşünasları tərəfindən “İnvestorlarla imzalanan müqavilələrin əsas şərtlərinin razılaşdırılması və risklərin minimallaşdırılması” mövzusunda seminar keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən AREA-nın direktor müavini Aygün Zeynalova bərpa olunan enerji mənbələri layihələrinə dair investorlarla aparılan danışıqlar çərçivəsində müqavilələrin razılaşdırılması, layihələrə cəlb olunan tərəflərin risklərinin minimallaşdırılması, eləcə də layihələrin beynəlxalq maliyyə institutları tərəfindən səmərəli hesab olunması və zəruri şərtlərin müqavilələrə daxil edilməsinin vacibliyini vurğulayıb. IFC nümayəndələrindən ibarət heyətin təqdimatı dinlənilib və fikir mübadiləsi aparılıb.
Seminarda həmçinin, Energetika Nazirliyinin, Mərkəzi Bankın və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri iştirak edib.