Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktoru Cavid Abdullayev bp şirkətinin nümayəndələri ilə görüşüb.
AREA-nın direktoru Cavid Abdullayev qonaqları salamlayaraq bp şirkəti ilə enerji sahəsində həyata keçirilən səmərəli əməkdaşlıq əlaqələrindən danışıb.
Görüşdə bp şirkəti ilə Cəbrayıl rayonunda həyata keçiriləcək 240 MVt gücündə “Şəfəq” günəş enerjisi layihəsinin mövcud vəziyyəti, əsas icra mərhələləri, layihənin icra müddəti və gedişatı nəzərdən keçirilib. Həmçinin layihənin texniki və kommersiya məsələləri müzakirə olunub.
Hibrid formatda keçirilən görüşdə həmçinin bərpa olunan enerji sahəsinin inkişafı istiqamətində mövcud əməkdaşlıq və gələcək perspektivlər müzakirə edilib.