AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

AREA-nın direktor müavini Aygün Zeynalova "Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu"nda çıxış edib

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Aygün Zeynalova 3 aprel 2023-cü il tarixində "Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu"nda iştirak edib.

Aygün Zeynalova "Bərpa olunan və təmiz enerji layihələrinin həyata keçirilməsi üçün uzunmüddətli planlar və mövcud vəziyyət" mövzusunda təqdimatla çıxış edib.

Agentliyin direktor müavini çıxışı zamanı ölkə üzrə bərpa olunan enerji potensialı, bərpa olunan enerji üzrə qanunvericilik bazası, investisiya mühiti, bu sahədə görülən işlər, cari layihələr barədə ətraflı məlumat verib.

Çıxış zamanı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş çərçivəsində Azərbaycanda istehsal olunan yaşıl enerjinin Avropa bazarına çıxarılması istiqamətində həyata keçirilən tədbirlər xüsusilə vurğulanıb.

Göstərilən platformalarda paylaş: