Energetika Nazirliyində "Dövlət qulluqçularının etik davranış qaydaları" mövzusunda onlayn təlim keçirilib.
Nazirliyin etik məsələlər üzrə müvəkkili, Dövlət qulluğu və kadrlar şöbəsinin müdiri Əsəd İsmayılov davamlı olaraq keçirilən belə təlimlərin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunla müəyyən edilmiş normalara dair dövlət qulluqçularının maarifləndirilməsində əhəmiyyətli rol oynadığını qeyd edib.
Sonra Nazirliyin Daxili nəzarət şöbəsinin müdiri Elxan Kərimov təqdimatla çıxış edərək, bu sahədə mövcud qanunvericilik, qanunun əhatə dairəsi, etik davranış qaydalarının əsas prinsip və məqsədləri, onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlər, etik davranışa təsir edən amillər barədə danışıb, loyallıq, ictimai etimad, peşəkarlıq və fərdi məsuliyyətin artırılması, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət, xidməti vəzifənin icrası ilə bağlı tələblər, qərəzsizlik, etik davranış qaydalarına əməl olunmasına nəzarət, bu qaydaların pozulmasına görə məsuliyyət və digər mövzularla bağlı ətraflı məlumat verib.
Onlayn təlimdə Energetika Nazirliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin 59 əməkdaşı iştirak edib.