AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

AREA-nın direktoru Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktoru Cavid Abdullayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldla görüşüb.

AREA-nın direktoru Cavid Abdullayev yeni təyin olunan səfirə fəaliyyətində uğurlar diləyərək enerji sahəsində birgə icra edilən layihələrin Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlıq əlaqələrinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Görüş zamanı işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi, Böyük Qayıdışa dair I Dövlət Proqramından irəli gələn tədbirlərdən bəhs edilib.

Görüşdə iki ölkə arasında bərpa olunan enerji sahəsinin inkişafı istiqamətində mövcud əməkdaşlıq və gələcək perspektivlər müzakirə edilib, bp ilə həyata keçirilən “Şəfəq” layihəsinin icra vəziyyəti nəzərdən keçirilib.

Göstərilən platformalarda paylaş: