AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

“Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzusunda təlim keçirilib

Energetika Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında mövcud əməkdaşlıq çərçivəsində “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzusunda təlim keçirilib.

Təlimdə dövlət qulluqçularının peşəkar inkişafında, peşə bilik və bacarıqlarının təkmilləşdirilməsində müvafiq qanunvericilik bazasının öyrənilməsi və tətbiqinin vacibliyi qeyd edilib, bu məqsədlə mütəmadi təşkil edilən təlimlərin əhəmiyyəti vurğulanıb.

Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdir müavini Lalə Qədirova çıxış edərək dövlət qulluğu haqqında mövcud qanunun məqsədi və tətbiqi ilə bağlı danışıb, dövlət orqanı anlayışı və təsnifatı, dövlət qulluğu və qulluqçusu anlayışları, dövlət qulluğunun əsas vəzifələri və prinsipləri, vəzifə təsnifatı və ixtisas tələbləri, qulluqçuların hüquq və vəzifələri, onların hüquq bərabərliyi, ixtisas dərəcələrinin verilməsi qaydaları və digər mövzular barədə məlumat verib.

Sonra dövlət qulluğuna qəbul qaydaları, dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər və iştirakçıları maraqlandıran digər suallar ətrafında fikir mübadiləsi aparılıb.

Təlimdə Energetika Nazirliyinin və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin 31 əməkdaşı iştirak edib.

Göstərilən platformalarda paylaş: