AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

AREA-nın nümayəndələri Gürcüstanda keçirilən beynəlxalq konfransda iştirak ediblər

Gürcüstanın paytaxtı Tbilisidə "EU4Energy" proqramının ikinci mərhələsi çərçivəsində Gürcüstan Enerji Tənzimləyiciləri Regional Assosiasiyası, Avropa Enerji Tənzimləyiciləri Şurasının və Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının birgə təşkilatçılığı ilə “Bərpa Olunan Enerji üzrə İnvestisiyalar” adlı beynəlxalq konfransı keçirilib.

Konfransda Azərbaycan nümayəndə heyətinin üzvləri - Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova, Layihələrlə iş və hüquq şöbəsinin müdiri Aygün Zeynalova, Kadr və kargüzarlıq sektorunun müdiri Zibeydə Süleymanlı iştirak ediblər.

Tədbirin ilk günündə çıxış edən Aygün Zeynalova Azərbaycanda bərpa olunan enerji üzrə həyata keçirilən layihələr, bu sahələrə yatırılan investisiyalar barədə ətraflı məlumat verib.
Konfransın ikinci günündə Rəna Hümbətova yaşıl texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən layihələr çərçivəsində investorların "İnvestisiya təşviqi sənədi" əldə etməklə sahib olduqları üstünlüklər haqqında məlumat verib, eyni zamanda bərpa olunan enerji tarifləri üzrə göstəricilər də iştirakçıların nəzərinə çatdırıb. 

Bundan başqa, ölkəmizdə bərpa olunan enerji mənbələrinin potensialı və bu istiqamətdə ölkəmizdə həyata keçirilən günəş və külək enerji layihələri haqqında danışılıb. Ölkəmizin xüsusilə dənizdə külək enerjisi üzrə yüksək potensiala malik olması və gələcəkdə yaşıl hidrogen istehsalı ilə inteqrasiyalı şəkildə həyata keçirilməsi planları barəsində məlumatlar konfrans iştirakçılarının diqqətinə çatdırılıb. İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumatlar diqqətə çatdırılıb.

Bir çox ölkə nümayəndələrinin və şirkətlərin iştirak etdiyi konfransda azərbaycanlı mütəxəssislərin təqdimatları böyük maraqla qarşılanıb. Azərbaycan nümayəndə heyəti tədbir çərçivəsində bir sıra görüşlər keçirib, fikir mübadiləsi aparılıb.

Göstərilən platformalarda paylaş: