AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

“Bərpa olunan enerji üzrə dəstək mexanizmləri” mövzusunda seminar keçirilib

Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu çərçivəsində yaradılmış “Bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyi” İşçi Qrupun təşkilatçılığı ilə onlayn seminar keçirilib.

“Bərpa olunan enerji üzrə dəstək mexanizmləri” mövzusunda keçirilən onlayn seminarda İşçi Qrupun həmsədrləri - Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mustafa Çalışkan, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin şöbə müdirinin müavini Cəbrayıl Əliyev və hər iki ölkənin aidiyyəti qurumlarından olan mütəxəssislər iştirak ediblər.

Görüşdə bərpa olunan enerji dəstək mexanizmi üzrə qanunvericilik, dəstək mexanizminin üsulları, bərpa olunan enerji mənbəyinə dair sertifikat sistemi və digər məsələlər üzrə fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Xatırladaq ki, Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu 21-22 dekabr 2021-ci il tarixlərində Bakıda keçirilib.

Göstərilən platformalarda paylaş: