AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Energetika Nazirliyi ilə Ukraynanın Energetika və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu
  • 31 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Ukraynanın Energetika və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.
  • Memorandum energetika sahəsinə dair digər məsələlərlə yanaşı alternativ və bərpa olunan enerji mənbələrindən istifadə konteksində imzalanmışdır.
  • Bu sənəd alternativ və bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində görülən işlərin öyrənilməsi məqsədilə təcrübə mübadiləsi və qarşılıqlı faydalılığa əsaslanaraq, hər iki dövlətin enerji sektoruna investisiya qoyuluşunun inkişafı, enerji sektorunda qarşılıqlı maraq doğuran birgə layihələrin tədqiqi və həyata keçirilməsi məsələlərini və s. müəyyən edir. Əməkdaşlıq ölkəmizdə bərpa olunan enerji sahəsinin inkişafına,  birgə layihələrin həyata keçirilməsinə töhfə verəcək.