- 17 mart 2019-cu il tarixində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.
- Anlaşma Memorandumu Azərbaycanda bərpa olunan enerji mənbələrinə qoyulacaq investisiyalar, investisiyalar üçün mövcud potensialın qiymətləndirilməsi və lazımi şəraitin yaradılması sahəsində əməkdaşlığın əsas prinsiplərini müəyyən edir.
- Bu sənəd əməkdaşlıq çərçivəsində fəaliyyətlərin səmərəli təşkili və bərpa olunan enerji istehsalı xərclərinin azaldılması üzrə qabaqcıl təcrübələrin araşdırılmasına və tətbiqinə, növbəti bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə kömək edəcək.