- 14 aprel 2021-ci il tarixində Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişafı məqsədi ilə dənizdə külək enerjisi resursundan istifadə üzrə əməkdaşlığa dair Energetika Nazirliyi ilə Dünya Bankı Qrupunun üzvü Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında Anlaşma Memorandumu imzalanmışdır.
- Memorandum Energetika Nazirliyi və IFC-nin Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi, həmçinin energetika sektorunun maliyyə davamlılığı və səmərəliliyinin artırılması üçün bu sahədə özəl sektorun iştirakının dəstəklənməsi kimi ümumi məqsədlər kontekstində imzalanıb.
- Memoranduma əsasən, IFC ilə əməkdaşlıq Azərbaycanda dənizdə külək enerjisi potensialının qiymətləndirilməsini və yol xəritəsinin işlənib-hazırlanmasını, növbəti mərhələdə isə dənizdə müvafiq layihələrlə bağlı tenderlərin təşkili, özəl sektorla tərəfdaşlığın müəyyənləşdirilməsi, yardımçı investisiyaların həyata keçirilməsi kimi dəstəkləri nəzərdə tutur.
- Anlaşma Memorandumu ilə nəzərdə tutulan bütün bu işlər IFC-nin "Dənizdə Külək Enerjisinin İnkişafı Proqramı" çərçivəsində yerinə yetirilir. Bu proqram Dünya Bankı Qrupunun təşəbbüsü olan "Enerji Sektorunun İdarə edilməsində Yardım Proqramı" - ESMAP çərçivəsində maliyyələşdirilir.