- Saziş 2023-cü il 24 may tarixində Ər-Riyadda imzalanıb.
- Saziş neft, neft-kimya, təbii qaz, elektrik enerjisi, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində, həmçinin karbonun tutulması, təkrar istifadəsi, ötürülməsi, saxlanması, rəqəmsal transformasiya və innovasiyaların təşviqi istiqamətlərində əməkdaşlığı əhatə edir.
- Sənədə əsasən, energetika sahəsində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üçün İşçi Qrupunun yaradılması nəzərdə tutulur.