AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Türkiyənin “EDİDER” birliyinin nümayəndələri tərəfindən onlayn formatda seminar keçirilib

“Enerjide Dijitalleşme Derneği”-in (EDİDER) mütəxəssisləri tərəfindən bərpa olunan enerji sahəsində “Enerji sektoru üzrə rəqəmsallaşma”  mövzusunda aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə onlayn formatda seminar keçirilmişdir. Seminarda ilk olaraq çıxış edən Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyev iştirakçıları salamlayaraq, seminarıın təşkili üçün Türkiyə tərəfinə öz dərin təşəkkürünü bildirdi və bu kimi seminarların gələcəkdə də aidiyyəti qurumların iştirakı ilə davam etdiriləcəyini vurğuladı. Gündəliyə uyğun olaraq Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri, İşçi Qrupun həmsədri cənab Mustafa Çalışkan öz növbəsində tədbirin əhəmiyyəti, Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən enerji əməkdaşlığı üzrə iclas iştirakçılarını məlumatlandırdı.

 Daha sonra seminar “Enerjidə rəqəmsallaşma strategiyaları” mövzusu üzrə Türkiyə tərəfindən Deloitte CSO & EDİDER-in direktoru Elif Düşmez Tek,  MRC Türkiye Genel Müdürü, EDİDER YK Üyesi Mehmet Kocaoğlunun və EDİDER-in Başkan Yardımcısı Alper Terciyanlının çıxışları ilə davam edib.

Seminarda ümumilikdə aidiyyəti qurumların 70-dən artıq nümayəndələri iştirak edib.

Sonda mövzu ilə bağlı seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, 5-6 fevral tarixlərində keçirilməsi nəzərdə tutulan seminar sabah da təqdimat və müzakirələrlə öz işini davam etdirəcək.

Göstərilən platformalarda paylaş: