AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

BOEMDA-nın əməkdaşları Gəncədə keçirilən elmi konfransda iştirak ediblər

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) Strateji təhlil və proqnozlaşdırma şöbəsinin böyük məsləhətçisi Cavid Babayev və aparıcı məsləhətçisi Rəvan Əzizov 5 noyabr tarixində Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş “Elm və texnologiyaların müasir trendləri” adlı Respublika Elmi-Praktik Konfransının plenar iclasında iştirak ediblər.

Konfrans çərçivəsində universitetin gənc tədqiqatçı və tələbələrdən ibarət komandası tərəfindən hazırlanmış süni intellekt əsaslı ağıllı elektrik avtomobil layihəsi ictimaiyyətə təqdim edilib. Layihə günəş panelli enerji sistemi, özəl dizaynlı batareya texnologiyası, süni intellekt və ağıllı idarəetmə texnologiyalarını bir araya gətirir.

Göstərilən platformalarda paylaş: