AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

"Dördüncü sənaye inqilabı dövründə elm və texnologiyaların mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçirilib

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Strateji təhlil və proqnozlaşdırma şöbəsinin böyük məsləhətçisi Cavid Babayev və aparıcı məsləhətçisi Rəvan Əzizov 6-7 may tarixlərində Gəncə şəhərində, Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Dördüncü sənaye inqilabı dövründə elm və texnologiyaların mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransda iştirak ediblər.

Konfransda yerli və xarici alimlərin dördüncü sənaye inqilabı dövründə texnologiyaların inkişafı, yaşıl iqtisadiyyat, yaşıl enerji texnologiyalarına innovativ yanaşmalar, dördüncü sənaye inqilabının ekoloji aspektləri və digər mövzularda məruzələri dinlənilmişdir.

Tədbir 21 ölkə, 53 universitet, 10 tədqiqat institutu və bir sıra dövlət və özəl müəssisələrinin iştirakı ilə baş tutub.

Göstərilən platformalarda paylaş: