AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

BDU tələbələri ilə görüş keçirilib

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Fəqan Abdurəhmanov və Agentliyin bir qrup əməkdaşı Bakı Dövlət  Universitetinin tələbələri ilə görüş keçiriblər.

Görüş çərçivəsində Fəqan Abdurəhmanov BDU-nun "Ekologiya və torpaqşünaslıq" fakültəsinin tələbələrinə bərpa olunan enerji mənbələri, xüsusilə külək və günəş enerjisi haqqında nəzəri biliklər, Azərbaycanda bu sahədə həyata keçirilən layihələr və görülən işlərlə bağlı qonaq mühazirəsi təqdim edib.

Tədbirin əsas məqsədi tələbələr üçün yaşıl enerji sahəsində məlumatların əlçatanlığını artırmaq və onlara faydalı məlumatları ötürmək olub.

Sonda görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.

Göstərilən platformalarda paylaş: