Tədbir ADA Universiteti, Macarıstan və Çexiya Respublikalarının Azərbaycandakı səfirliklərinin təşkilatçılığı ilə baş tutub.
Açılış mərasimində energetika nazirinin müavini Orxan Zeynalov iştirak edərək, ölkəmiz tərəfindən icra olunan yaşıl dəhlizlərin konsepsiyası və COP29-da enerji sahəsində elan olunmuş təşəbbüslər ilə əlaqədar ətraflı məlumat verib.
Daha sonra Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova “Enerjinin saxlanması və yaşıl enerjiyə keçid:çətinliklər və imkanlar” panelində müzakirələrdə iştirak edərək Azərbaycanın enerji infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsi üçün həyata keçirilməsi nəzərdə tutulan innovativ həllər, inkişaf etməkdə olan yeni texnologiyalara daha yaxşı uyğunlaşmaq üçün ölkənin neft-qaz sənayesindəki təcrübəsindən danışıb. Həmçinin ölkəmizdə bərpa olunan enerji potensialına, xüsusən də günəş və külək enerjisinə özəl sektorun investisiya yatırması üçün əlverişli şəraitin yaradılması ilə bağlı görülməsi lazım olan tədbirləri qeyd edib, enerji saxlanc sistemlərinin vacibliyini vurğulayıb.



