AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

BOEMDA-nın rəsmiləri Azərbaycan-İspaniya biznes forumunda iştirak ediblər

Bakıda İqtisadiyyat Nazirliyinin, İspaniyanın İqtisadiyyat, Ticarət və Biznes nazirliklərinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, İspaniya İşəgötürənlər Təşkilatları Konfederasiyası, İspaniya İxrac və İnvestisiyalar İnstitutu və İspaniya Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan-İspaniya biznes forumu keçirilib. Forumda hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, enerji, tikinti, logistika, infrastruktur və digər sahələrdə fəaliyyət göstərən 90-dan çox şirkətin nümayəndələri iştirak ediblər.

Tədbirdə İspaniya ilə ikitərəfli iqtisadi əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran məsələlər haqqında müzakirələr aparılıb. Ölkələrimiz arasında bərpa olunan enerji, sənayenin müxtəlif istiqamətləri, dövlət-özəl tərəfdaşlığı, iqlim məsələləri və digər sahələr üzrə tərəfdaşlıq imkanları nəzərdən keçirilib.

Tədbir B2B formatında görüşlərlə davam etdirilib.

Forum çərçivəsində İspaniya şirkətləri üçün enerji və dayanıqlılıq, su, infrastruktur, tikinti və mühəndislik, texnologiya və rəqəmsallaşma mövzularında B2G sessiyaları təşkil olunub.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyev və adıçəkilən şöbənin böyük məsləhətçisi Emil Kərimzadə “İspan şirkətləri üçün Enerji və Dayanıqlılıq” mövzusunda keçirilən sessiyada “Azərbaycanda bərpa olunan enerji mənbələrinin mövcud vəziyyəti” mövzusu ilə çıxış ediblər. 

Göstərilən platformalarda paylaş: