AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

BOEMDA-nın şöbə müdirinin müavini BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Enerji Bağlantısı üzrə Ekspertlər Qrupunun iclasında iştirak edib

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdir müavini Fuad Həsənov BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Enerji Bağlantısı üzrə Ekspertlər Qrupunun 11-12 mart 2025-ci il tarixlərində Banqkokda keçirilən 15-ci iclasında çıxış edib.

“İnteqrasiya edilmiş enerji sistemlərinin planlaşdırılması və idarə edilməsi” sessiyasında iştirakçılara COP29 çərçivəsində enerji sahəsində irəli sürülmüş təşəbbüslər, ölkəmizdə yaşıl enerji zonalarının yaradılması və yaşıl enerjinin ixracı ilə əlaqədar imzalanmış strateji  çərçivə sənədləri,  o  cümlədən yaşıl dəhliz layihələrinin komponenti olan yaşıl hidrogendən istifadə və  yeni dərc edilmiş “Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış Sənədi” haqqında məlumat verilib. Tədbirin 2-ci günündə UNESCAP regionunda enerji infrastrukturunun maliyyələşdirilməsi mövzusunda müzakirələr aparılmış və müxtəlif maliyyə institutları (Asiya İnkişaf Bankı, Avrasiya İnkişaf Bankı), özəl sektor və UNESCAP-ın enerji keçidinin maliyyələşdirilməsi üzrə eksperti tərəfindən çıxışlar dinlənilib.

Tədbirin yekununda UNESCAP regionunda iki və çoxtərəfli elektrik enerjisinin ticarətinə imkan verən mexanizmin hazırlanması və bundan irəli gələrək texniki  standart və qanunvericiliyin uyğunlaşdırılması, bərpa olunan enerjinin inteqrasiyası və regional yaşıl enerji dəhlizlərinin dəstəklənməsi, texniki dəstək və məlumat mübadiləsinin təmin edən institutisional mühitin yaradılması kimi tədbirləri əhatə edən 2026-2035-ci illərdə “Enerji sistemlərinin əlaqələndirilməsinə dair Yol xəritəsi” üzrə Çərçivə Sənədinin layihəsi haqqında məlumat verilib.

Göstərilən platformalarda paylaş: