AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) 7-ci hədəfi üzrə “Azərbaycan üçün Yol Xəritəsinin hazırlanması” layihəsinin icrası çərçivəsində yaradılmış İşçi qrupunun ilk iclası keçirilib

Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) dəstəyi ilə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) 7-ci hədəfi üzrə “Azərbaycan üçün Yol Xəritəsinin hazırlanması” layihəsinin icrası çərçivəsində yaradılmış İşçi qrupunun ilk iclası keçirilib.

İclasda istilik təchizatı sistemlərinin dekarbonizasiyası, enerji saxlanc sistemləri və elektrik enerjisinin tələbatı üzrə gələcək proqnozlar və energetika sektoruna olan təsirlərin qiymətləndirilməsi, eyni zamanda yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılması, xüsusilə modelləşdirmə üzrə təlimlərin həyata keçirilməsi barəsində UNESCAP tərəfindən məlumat verilmişdir. Yol Xəritəsinin hazırlanmasında əsas məqsəd hökumətin DİM-in 7-ci (Sərfəli və təmiz enerji) hədəfinə, həmçinin milli səviyyədə müəyyən edilmiş töhfələr (NDC) sənədi çərçivəsində emissiyaların azalması istiqamətində hədəflərə nail olunması, elektrik enerjisi istehsalında ölkə üçün ən uyğun texnologiyanın tətbiq edilməsi, yaşıl enerjinin ixracı mərkəzinə çevrilməsi imkanları istiqamətində zəruri tədbirlərin hazırlanmasından ibarətdir.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətovanın rəhbərliyi ilə keçirilən iclasda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və karbon emissiyalarının azaldılması istiqamətində cari dövrədək həyata keçirilən layihələr çərçivəsində aparılmış araşdırmaların hazırlanacaq Yol Xəritəsində nəzərə alınması diqqətə çatdırılmışdır. İclasın yekununda İşçi qrup nümayəndələrinin sualları cavablandırılmış və layihənin növbəti mərhələsinə dair fikir mübadiləsi aparılmışdır.

İşçi qrupunda Energetika Nazirliyi, Enerji Məsələləri Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndələri iştirak edir.

 

Göstərilən platformalarda paylaş: