AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

BOEMDA-nın direktor müavini Almaniyada bir sıra görüşlərdə iştirak edib

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətova cari ilin 20-22 yanvar tarixlərində Almaniya-Azərbaycan İqtisadi Forumu çərçivəsində bir sıra görüşlərdə iştirak edib.

Rəna Hümbətova Azərbaycanın Almaniyadakı Səfirliyi və Almaniya Şərqi Biznes Assosiasiyasının təşkilatçılığı ilə keçirilən Almaniya-Azərbaycan İqtisadi Forumunun “Əməkdaşlığın gücləndirilməsi: Almaniya-Azərbaycan Biznes Tərəfdaşlıqları üçün stimullar” mövzusundakı panel müzakirəsində iştirak edib. Sessiyada Azərbaycanın bərpa olunan enerji potensialı, enerji hədəfləri, yaşıl enerjinin Avropaya ixracı, yaşıl enerji dəhlizləri, COP29 tədbirində enerji ilə bağlı keçirilən tədbirlər, 2027-ci ilə qədər ölkəmizdə 2 milyard ABŞ dolları dəyərində özəl investisiya hesabına həyata keçiriləcək bərpa olunan enerji layihələri, qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı görülmüş işlər, investisiya təşviqi ilə bağlı tətbiq olunan mexanizmlər və digər mövzularla bağlı ətraflı məlumat verilib, suallar cavablandırılıb.

Göstərilən platformalarda paylaş: