AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyində 20 Yanvar faciəsinin 35-ci ildönümü həsr edilmiş tədbir keçirilib

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ölkəmizin suverenliyi və azadlığı uğrunda mübarizə tarixində şərəfli yer tutan 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev çıxış edərək qanlı yanvar hadisələrini Azərbaycan xalqının yaddaşında və tarixində qəhrəmanlıq səhifəsi kimi daim xatırlandığını qeyd edib. 20 Yanvar hadisələrinin Azərbaycanın milli kimliyini formalaşdırdığı, qəhrəmanlıq tariximizdə istiqlaliyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi tariximizə həkk olunduğu vurğulanıb.

Qeyd edilib ki, yalnız Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib. Ulu Öndərin siyasi yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə Şəhidlər Xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən qurulub və Bakıda 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə memorial abidə kompleksi yaradılıb.

Çıxışda 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş hərbi əməliyyatların zəfərlə nəticələnməsi azadlıq uğrunda canlarını fəda edən şəhidlərimizin, o cümlədən 20 Yanvar şəhidlərinin ruhlarının şad edilməsib, onların qisasının alınması vurğulanıb.

Daha sonra 20 Yanvar hadisələri ilə bağlı çıxışlar dinlənilib.

Tədbirin sonunda 20 Yanvar hadisələrindən bəhs edən videoçarx nümayiş olunub.

Göstərilən platformalarda paylaş: