AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İsveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İsveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzson ilə görüşüb. Eyni zamanda görüşdə İsveçin Emtunga şirkətinin nümayəndələri də iştirak edib.

Görüşdə Xəzər dənizi və quruda külək enerjisi potensialı və həyata keçirilən layihələr, o cümlədən  “Xəzər-Avropa Yaşıl Enerji Dəhlizi” və “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihələri barədə məlumat verilib. İsveç şirkətlərinin dənizdə külək enerji layihələrində iştirakı məsələsi müzakirə olunub. Hər iki ölkədə enerji sektorunda inkişaf prosesləri və yaşıl enerji keçidi təcrübəsi bölüşülüb.

Həmçinin ölkəmizdə keçirilən COP29-un enerji təşəbbüslərinə beynəlxalq dəstəyin enerji təhlükəsizliyi və “yaşıl enerji” keçidi ilə bağlı hədəflərə töhfə verəcəyi qeyd olunub.

Göstərilən platformalarda paylaş: