AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İspaniya Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər üzrə vəkili ilə görüşüb

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İspaniya Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər üzrə vəkili Xose Pedro Torrubia ilə görüşüb.

Görüşdə Energetika Nazirliyi və İspaniyanın “Elecnor” şirkəti arasında “Azərbaycanda bərpa olunan enerji layihəsi üzrə əməkdaşlığa dair” Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə olunub. Həmçinin ikitərəfli əlaqələrin inkişafı məqsədilə bərpa olunan enerji sahəsində gələcəkdə əməkdaşlıq imkanları dəyərləndirilib. Azərbaycanın ənənəvi enerji üzrə həyata keçirdiyi beynəlxalq əhəmiyyətli layihələri barədə məlumat verilib.

Görüşdə İspaniya şirkətləri tərəfindən Azərbaycanın bərpa olunan enerji və “yaşıl enerji” sahələrinə investisiya qoyuluşuna maraq göstərilməsi vurğulanıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Göstərilən platformalarda paylaş: