AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

“All for Karabakh” mövzusunda "Hackathon" yarışı keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi ilə birgə reallaşdırdığı və “Yaşıl həmrəylik naminə süni intellekt” devizi altında təşkil olun “Startup School 2 - AI for Green Solidarity” layihəsi çərçivəsində cari ilin 6 dekabr tarixində Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin dəstəyilə “All for Karabakh” mövzusunda “Yaşıl İnnovasiya” adlı startap layihəsi üzrə “Hackathon" yarışı keçirilib.

Yarışda Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev çıxış edərək, yaşıl enerji ilə bağlı startapların gənc kadrların inkişafı baxımından vacibliyini və bu kimi yarışların keçirilməsinin gənclərin inkişafına töhfə verdiyini vurğulayıb. Çıxışda həmçinin bərpa olunan enerji istehsalı sahəsində tətbiq olunan yanaşmaların təməlində empirik dataların dayandığını, habelə iqlim şəraitini nəzərə almaqla yaşıl enerji istehsalının proqnozlaşdırılmasında süni intellektin rolunu qeyd olunub. Uzunmüddətli proqnozların verilməsində maddələşmə üsullarından geniş istifadə olunması, məhz buna görə də Dövlət Agentliyinin qarşısında dayanmış əsas vəzifələrdən biri 28 sentyabr 2023-cü il tarixli Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi”nin yaradılması olduğu vurğulanıb. Həmçinin Dövlət Agentliyi olaraq hazırda bütün iqtisadi sektorlarda yaşıl enerjidən həmçinin təmiz hidrogendən istifadə imkanları qiymətləndirilməsi, o cümlədən  bu tapşırıqların icrası üçün iri həcmli məlumatların emalı istiqamətində süni intellektin tətbiqi ilə məşğul olacaq peşəkar kadrların hazırlanmasının vacibliyi diqqətə çatrdırılıb.

Yarışda həmçinin Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova münsif qismində iştirak edib. O, təklif olunmuş layihələrin qiymətləndirilməsi və qalibin seçilməsi prosesində iştirak etmiş və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi tərəfindən  yaşıl enerji baxımından ən səmərəli hesab olunan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “ClearPath Shepherd” layihəsi mükafatlandırılıb.

2024-cü ilin əvvəlindən layihəyə hazırlıq mərhələsinə başlanılmış və 5 aprel tarixində “Startup School 2 - AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsinin rəsmi açılış mərasimində Dövlət Agentliyi iştirak etmiş və yarışmanın mövzusuna uyğun olaraq yaşıl enerji üzrə zəruri məlumatlar layihə təkliflərinin formalaşdırılması məqsədilə iştirakçılara təqdim edilmiş və mümkün layihə istiqamətləri üzrə müzakirələr edilib.

Göstərilən platformalarda paylaş: