AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

BOEMDA-nın direktor müavini Rəna HümbətovaTaylandın Banqkok şəhərində keçirilən tədbirdə iştirak edib

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova cari ilin 2-4 dekabr tarixlərində Taylandın Banqkok şəhərində keçirilən Dayanıqlı İnkişaf üçün Enerji üzrə XIII Beynəlxalq Forumunda “Dayanıqlı enerjinin təşviq edilməsində enerji səmərəliliyi və bərpa olunan enerji agentliklərinin rolu” mövzusunda baş tutan tədbirdə məruzəçi qismində çıxış edib.

Sözügedən tədbirin keçirilməsində məqsəd, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE), Avropa və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası (ESCAP) və Qərbi Asiya üçün İqtisadi və Sosial Komissiyasına (ESCWA) üzv dövlətlərdə bərpa olunan enerji və enerji səmərəliliyi üzrə yaradılmış agentliklər haqqında məlumat mübadiləsi, əldə olunan ən yaxşı təcrübələri, həmçinin uğurlu nəticələri vurğulayaraq əsas məsələlər üzrə maraqlı tərəflər arasında dialoqun gücləndirilməsi və mövcud agentliklərin təcrübəsindən istifadə edərək bu istiqamətdə müvafiq struktur bölmələr yaratmaq niyyətində olan digər ölkələr üçün faydalı nümunə kimi istifadə edilməsidir.

Tədbirin “Enerji səmərəliliyi və bərpa olunan enerji üzrə fəaliyyət göstərən agentliklərin müqayisəli təhlili və nümunə araşdırmaları” adlı panel sessiyasında çıxış edən Rəna Hümbətova Dövlət Agentliyinin strukturu, fəaliyyət istiqamətləri haqqında məlumat verib, ölkəmizin bərpa olunan enerji üzrə texniki və iqtisadi potensialı, Milli Səviyyədə Müəyyən edilmiş Töhfələr sənədinə uyğun olaraq götürdüyü öhdəlik və hədəflər, yaşıl enerji dəhlizləri, Hidrogen üzrə Milli Strateji Baxış sənədi və Azərbaycanda həyata keçirilmiş ilk bərpa olunan enerji hərracı ilə bağlı məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Göstərilən platformalarda paylaş: