AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

"Bərpa olunan enerji mənbələrinin enerji şəbəkələrinə inteqrasiyası" - vebinar

Azərbaycan Respublikasının Energetika Nazirliyi Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi ilə birgə "Bərpa olunan enerji mənbələrinin enerji şəbəkələrinə inteqrasiyası" mövzusunda vebinar təşkil edib. Enerji və kommunal sektorlarında 30 ildən artıq beynəlxalq təcrübəyə malik olan "Riverswan" şirkətinin İcraçı Direktoru Robert Hull bərpa olunan enerji mənbələrin enerji şəbəkələrinə inteqrasiyası ilə bağlı əsas çətinliklərdən və bu sahədəki ən yaxşı təcrübələrdən danışıb. Vebinarda Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşları da iştirak ediblər.

Göstərilən platformalarda paylaş: