COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi (CBAM)” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada beynəlxalq ekspertlər, iqlim maliyyəsi üzrə mütəxəssislər, dövlət qurumlarının nümayəndələri, özəl sektor təmsilçiləri, audit şirkətlərinin əməkdaşları iştirak ediblər.
Tədbirdə Energertika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyev iştirak edib.
İştirakçılar CBAM-ın biznesin fəaliyyətinə qlobal və milli səviyyədə təsirləri, Avropa İttifaqının bu sahədə qanunvericilik tələbləri ilə bağlı mümkün ssenarilərə dair nəzəri və praktiki məlumatları bölüşüblər, istehsalçıların və ixracatçıların bu prosesə hazırlığını müzakirə ediblər.
Tədbir zamanı yaranan suallar ekspertlər tərəfindən cavablandırılıb.