COP29 çərçivəsində Energetika Nazirliyi və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) birgə təşkilatçılığı ilə keçirilən “Bərpa Olunan Enerji Qoyuluş Gücünün 2030-cu ilə qədər 3 dəfə artırılması: Mərkəzi Asiya regionunda Bərpa Olunan Enerji üzrə Fəaliyyətin Sürətləndirilməsi” adlı tədbirdə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova “Bərpa Olunan Enerjinin İnteqrasiyası üçün Şəbəkə infrastrukturunun təkmilləşdirilməsi və enerji saxlanc sistemləri” mövzusunda təşkil olan panel müzakirəsində iştirak edib.
Müzakirələr zamanı iştirakçılara Azərbaycanda bərpa olunan enerji potensialı, həyata keçirilən layihələr və həmin layihələrin enerjisistemə inteqrasiyası ilə əlaqədar görülən işlər, həmçinin enerji saxlanc sistemləri, Mərkəzi Asiya regionunda elektrik enerji sistemlərinin birləşdirilməsinə dair imzalanan müqavilələr barədə ətraflı məlumatlar verilib.
Həmçinin müzakirələrdə UNESCAP, Dünya Bankı, UNECE, Koreya Enerji Agentliyinin, Qazaxıstanın Bərpa Olunan Enerji üzrə Maliyyə Mərkəzinin icraçı direktoru iştirak edib.