COP29 tədbiri çərçivəsində Energetika Nazirliyi və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə birgə həyata keçirilən Mərkəzi Asiyada Enerji Keçidi üzrə İnvestisiya Forumunun proqramına uyğun olaraq 16 noyabr tarixində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin təşkilatçılığı ilə “Mərkəzi Asiya regionu üçün Layihələrin Maliyyələşdirilməsi Alətləri” mövzusunda interaktiv təlim sessiyası keçirilib.
Tədbirin məqsədi layihə təkliflərin hazırlanması ilə əlaqədar fəaliyyət göstərən yerli şirkətlərin bacarıqların artırılması, bu istiqamətdə IRENA tərəfindən yaradılmış “ETAF” (Enerji Keçidinin Sürətləndirilməsi üzrə Maliyyələşdirmə Platforması) və “CIP” (İqlim İnvestisiya Platforması) platformaların imkanlarından istifadə edilməsi və nəticədə kiçik və orta miqyaslı yaşıl layihələrə investisiyaların cəlb edilməsidir.
Tədbir zamanı platformalara təqdim olunması planlaşdırılan layihələrin cavab verməli olduğu tələblər, qiymətləndirmə qaydaları, həmçinin platformaya investorlar qismində cəlb edilmiş beynəlxalq maliyyə institutları, risklərin azaldılması həllərinə dair məlumatlar təqdim edilmişdir.
Tədbirdə SOCAR Green, Azerbaijan Green Energy Company, Baltech, Azərbaycan Sənaye Korporasiyası, Energazer, Provitaz və digər yerli şirkət və qurumların nümayəndələri iştirak etmişdir.