AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

COP29 çərçivəsində “Bərpa olunan enerjiyə investisiya: Davamlı gələcəyə aparan yollar” mövzusunda tədbir keçirilib

Azərbaycan Yaşıl Enerji şirkətinin nümayəndəsi Xəyalə Nağıyevanın moderatorluğu ilə keçirilən tədbirdə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətova, “Masdar Azerbaijan” şirkətinin direktoru Murad Sadıqov, “Baltech Green” LLC şirkətinin rəhbəri Volkan Gerdan və ABŞ-dan qonaq "Lyten" şirkətinin nümayəndəsi Laszlo Horvath çıxış ediblər.

Rəna Hümbətova Azərbaycanın yaşıl enerji sahəsində reallaşdırdığı layihələr barədə məlumat verib.

“Azərbaycanın Türkiyə üzərindən təxminən 1 giqavat gücündə bərpaolunan enerji ixracı ilə bağlı üçüncü yaşıl dəhlizin yaradılmasına dair layihə reallaşdırır. Azərbaycanın zəngin bərpaolunan enerji resursları var. Hazırda bununla bağlı araşdırmalar aparılır və fəaliyyətimiz daha da genişlənir. Azərbaycanın bərpaolunan enerji sahəsində texniki potensialı quruda 135 giqavat, dənizdə isə 157 giqavat təşkil edir”, - deyə direktor müavini əlavə edib.

Göstərilən platformalarda paylaş: