AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

COP29 çərçivəsində keçirilən daha iki tədbirdə Energetika Nazirliyi təmsil olunub

Noyabrın 12-də iqlim dəyişikliyi sahəsində qlobal müzakirələrin mərkəzi olan COP29 konfransı çərçivəsində keçirilən iki tədbirdə Energetika Nazirliyi nazir müavini səviyyəsində təmsil olunub.
“Azərbaycana doğru yaşıl yol 2030” adlı tədbirdə energetika nazirinin müavini Orxan Zeynalov çıxış edərək ölkəmizin “yaşıl enerji” keçidi istiqamətindəki strateji hədəflərini və bu sahədə həyata keçirilən layihələri təqdim edib. Vurğulanıb ki, Azərbaycanın “yaşıl təşəbbüs”ləri həm ölkə daxilində enerji keçidini, həm də Avropaya “yaşıl enerji” ixracını təmin etməyə yönəlib və bu sahədə layihələr beynəlxalq əməkdaşlıqlar çərçivəsində inkişaf etdirilir.
Nazir müavini, həmçinin “Aralıq dənizi momentumu: 2030-cu ilə qədər 1TVt bərpa olunan enerjiyə doğru sürətlənmə” tədbirində iştirak edib. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Francesco La Camera və Qlobal Bərpa Olunan Enerji Aliansının baş icraçı direktoru Bruce Douglasın salamlama nitqləri ilə başlayan tədbirdə çıxış edən nazir müavini “yaşıl enerji dəhliz”ləri və zonalarının təşəbbüskarı olan ölkəmizin, enerji təhlükəsizliyinin artırılması istiqamətində irəliləyişlər əldə edərək, regionda və dünyada “yaşıl enerji” infrastrukturunun genişləndirilməsi üzrə ciddi addımlar atdığını qeyd edib.
Tədbirdə Türkiyə, Misir, İordaniya və digər ölkələrdən olan nazirlər və digər yüksək səviyyəli nümayəndələrin də çıxışları dinlənilib. Aralıq dənizi regionunda bərpa olunan enerji istifadəsinin artırılması, qarşıya çıxan çətinliklər və bu sahədə əməkdaşlıq imkanları müzakirə olunub, iştirakçılar arasında birgə layihələrin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Göstərilən platformalarda paylaş: