AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

“Dövlət qulluğunda “yaşıl enerji” konsepsiyası” mövzusunda tədbir keçirilib

30 oktyabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi və Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Dövlət qulluğunda “yaşıl enerji” konsepsiyası” mövzusunda tədbir keçirilib.

Tədbir BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP 29) və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunub.

Tədbirdə Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov və Energetika Nazirliyi yanında Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev açılış nitqi ilə  çıxış ediblər. Çıxış zamanı dövlətin ekoloji siyasəti, dövlət qulluğunda “yaşıl düşüncə və yaşıl yanaşmanın” təbliği, həmçinin tədbirin COP 29 Konfransı ərəfəsində aktuallığı barədə iştirakçılara məlumat verilib.

Daha sonra Agentliyin müxtəlif struktur bölmə rəhbərləri “Külək və günəş enerjisinin əsasları”, “Bərpa olunan enerji mənbələri ərazilərinin seçilməsi – dövlət orqanlarının qarşısında duran çağırış”, “Bərpa olunan enerji mənbələri sahəsində investisiya layihələrinin hüquqi bazası” və “İşğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonası Konsepsiyası” mövzularında təqdimatlarla çıxış ediblər.

Tədbirdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbər vəzifəli şəxsləri iştirak ediblər.

Tədbir zamanı iştirakçıların təqdim olunan məsələlər ilə bağlı sualları cavablandırılıb, geniş müzakirələr aparılıb.

 

 

Göstərilən platformalarda paylaş: